Menyu

Stefan Ende: Verilən şans üçün hər zaman "Sabah"a minnətdar olacağam

Operativ Media
Stefan Ende: Verilən şans üçün hər zaman "Sabah"a minnətdar olacağam

"Bu şans üçün hər zaman "Sabah"a minnətdar olacağam".

Bunu Operativ Media-ya açıqlamasında "Sabah" FK-nın nigeriyalı hücumçusu Stefan Ende deyib.

Akademiyadan əsas komandaya yüksəlməsini karyerasında mühüm addım kimi dəyərləndirən gənc forvard, qazanılan uğurların asan başa gəlmədiyini bildirib:

"Mənim üçün əla bir mövsüm oldu. “Sabah”ın akademiyasından gəlib əsas komandada oynamaq şansı qazanmaq, hər zaman minnətdar qalacağım bir hadisədir. Həm mənim, həm də klub üçün asan bir yol deyildi, lakin gərgin iş, bağlılıq və intizam sayəsində buna nail olduq".

Klub rəhbərliyinə dərin təşəkkürünü bildirən Ende, qazanılan iki titulun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Mənə ilk iki peşəkar kubokumu qazanmaq şansı verdikləri üçün “Sabah” FK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm".

Gələcək planlarından danışan nigeriyalı futbolçu, növbəti mövsümdə də komandada qalacağını təsdiqləyib:

“Sabah“ klubu ilə hələ bir neçə illik müqaviləm var. Ona görə də, böyük ehtimalla, növbəti mövsümdə də burada olacağam”.

Əlaqəli Xəbərlər