Ana səhifə / Ölkə / Hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ Hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ 11.05.2026, 13:51 Operativ Media Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.