Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Operativ Media
Bakının iki küçəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Operativ Media xəbər verir ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.
Təmir işlərinin 8 may saat 22:00-dan 9 may saat 23:00-dək, eləcə də 10 may saat 22:00-dan 11 may saat 23:00-dək aparılması nəzərdə tutulur.
Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.