Bakıda Şəhərsalma Həftəsi keçiriləcək
Operativ Media
Bakı şəhəri 11–17 may 2026-cı il tarixlərində “Bakı Şəhərsalma Həftəsinə” ev sahibliyi edəcək.
Operativ Media xəbər verir ki, ölkə miqyasında keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya mərhələsi olan bu tədbir, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində şəhərsalma üzrə qlobal müzakirələrin Bakının yerli şəhərsalma kontekstinə inteqrasiyasını hədəfləyir.
Bakı Şəhərsalma Həftəsi şəhər sakinləri və beynəlxalq qonaqlar üçün müasir şəhərsalma yanaşmaları ilə tanış olmaq, eləcə də bu müzakirələrdə fəal iştirak etmək üçün unikal platforma yaradacaq.
Həftə ərzində keçiriləcək tədbirlərdə ekspertlər, akademiklər, tələbələr, sənət adamları, şəhər sakinləri və beynəlxalq qonaqlar iştirak edəcəklər.