Menyu

Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini açıqlayıb

Operativ Media
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqlarda şəxsən iştirak etdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, Amerika lideri bu haqda Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“İranla bağlı xoşuma gəlməyən odur ki, onlar əvvəlcə mənimlə belə hörmətlə danışırlar, sonra da televiziyaya çıxıb “prezidentlə danışmamışıq” deyirlər. Amma mən onlarla danışdım. Onlar oyun oynayırlar”, - Tramp deyib.

Onun sözlərinə görə, Tehran Vaşinqtonla hərbi əməliyyatları dayandırmaq üçün danışıqlar aparmağa çalışır.

“Mən sizə bunu deyə bilərəm: İran razılaşma əldə etmək istəyir”, - Tramp əlavə edib.

Əlaqəli Xəbərlər