Menyu

Kuryerlə sifariş zamanı çatdırılmaya görə məsuliyyət kimin üzərinə düşür? - VİDEO

Operativ Media
Kuryerlə sifariş zamanı çatdırılmaya görə məsuliyyət kimin üzərinə düşür? - VİDEO

Çatdırılma xidməti üçün kuryer sifariş edilsə, də məhsul çatdırılmaq əvəzinə oğurlanır.

Operativ Media xəbər verir ki, son vaxtlar vətəndaşlar və ya mağaza sahibləri çatdırılma xidməti həyata keçirən kuryerlər tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Belə ki daşıyıcı park vasitəsilə sifariş edilən kuryerlər məhsulu satıcıdan götürüb alıcıya təhvil vermək əvəzinə özü mənimsəyir, daha sonra çatdırılmanı həyata keçirən kuryerlə əlaqə yaratmaq mümkün olmur.

Vəkillər Kollegiyasının üzvü Misirə Xəlilzadənin sözlərinə görə, vətəndaş əvvəlcədən ödənişi edib məhsulu alırsa, müəyyən səbəblərdən sifariş ona çatdırılmadığı təqdirdə dəymiş zərər mağaza tərəfindən ödənilməlidir.

Vəkil Emil Aslanov isə bildirir ki, ona həvalə edilən məhsulu sifarişçiyə təhvil verməyən və ya oğurlayan kuryer inzibati məsuliyyət daşıyır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Əlaqəli Xəbərlər