Ana səhifə / Siyasət / Makron İlham Əliyevlə telefon danışığı planlaşdırır Makron İlham Əliyevlə telefon danışığı planlaşdırır 03.05.2026, 22:21 Operativ Media Fransa Prezidenti Emmanuel Makron İrəvan səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparmağı planlaşdırır.Operativ Media xəbər verir ki, o, bu barədə Ermənistanda jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.Qeyd edək ki, Makron bu gün Ermənistana səfər edib.Xatırladaq ki, İrəvanda 4-5 may tarixlərində Avropa Siyasi Birliyinin 8-ci sammiti baş tutacaq.