Menyu

Bakı metrosunda yeni stansiyalar sərnişin axınına təsir edəcək

Operativ Media
Bakı metrosunda yeni stansiyalar sərnişin axınına təsir edəcək

Bakı Metropolitenində yeni stansiyaların inşası sərnişinlərin hərəkətində mühüm dəyişikliklərə səbəb olacaq.

“Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Operativ Media-ya bildirib ki, bu il istifadəyə veriləcək stansiya Bənövşəyi xəttnə aid olduğundan qatarların hərəkəti Xocəsən – Avtovağzal stansiyası – Memar Əcəmi stansiyası – 8 Noyabr stansiyası və yeni stansiya istiqamətində təşkil ediləcək.

Onun sözlərinə görə, yeni stansiyada dönmə kamerası olmadığından qatarlar müvəqqəti olaraq həmin məntəqəyə qədər hərəkət edərək geri qayıdacaq.

Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti stansiya istifadəyə verildikdən sonra artıq ikitərəfli hərəkət təmin olunacaq.

Açıqlamada bildirilib ki, məsələn, B4 stansiyasından digər xəttə keçmək istəyən sərnişin mütləq şəkildə Memar Əcəmi stansiyasına gələrək Yaşıl xəttə keçid etməlidir.

Qeyd olunub ki, sonrakı iki stansiya – Nizami stansiyası və Sahil stansiyası vasitəsilə də keçid imkanları genişlənəcək. Bununla sərnişinlərə yalnız metrodan istifadə etməklə paytaxtın müxtəlif istiqamətlərinə daha sürətli və rahat çatmaq imkanı yaradılacaq.

Əlaqəli Xəbərlər