Ana səhifə / Slayder / İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 02.05.2026, 20:00 Operativ Media Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.