DİN: Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
Operativ Media
Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.
Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.