Menyu

Hikmət Hacıyev: Keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik

Operativ Media
Hikmət Hacıyev: Keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik

“Təbii ki, biz keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik. Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz işğal dövrünü heç vaxt unutmayacağıq”.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğal dövrünün acı nəticələrindən biri də məhz itkin düşmüş şəxslər məsələsidir: “Belə ki, bu günə qədər 4000-ə yaxın vətəndaşımızın taleyi barəsində hələ də heç bir məlumat yoxdur. Onların əksəriyyətini məhz mülki şəxslər təşkil edir. Təəssüflər olsun ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çoxsaylı məlumatlar toplanılsa da, onlar işlərini axıra qədər başa çatdırmamışlar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Bu məsələ bu günə qədər açıq qalmaqda davam edir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistana müxtəlif kanallarla müraciət edib: “Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri burada olarkən onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz yaxınları məlumat gözləyirlər. Bununla belə, cənab Prezidentin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq Dövlət Komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılmış və onların kimliyi müəyyən edilib. Amma hələ də qarşımızda böyük iş durur. Yenə də qeyd etmək istərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar bu işləri görməyiblər. Ən azından onların gördüyü işləri biz qənaətbəxş hesab etmirik. Belə ki, xalqımızın və vətəndaşlarımızın da bu məsələdə haqlı gözləntiləri olub”.

Əlaqəli Xəbərlər