Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib - YENİLƏNİB
Operativ Media
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib
Operativ Media xəbər verir ki, qərarda bildirilib ki, Avropa Parlamentin destruktiv mövqeyi bu qurumla əlaqələrdə başlıca problemə çevrilib.
Bildirilib ki, Avropa özünün anti-Azərbaycan fəaliyyətini, qarayaxma kampaniyasını davam etdirib və Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu fəaliyyət daha geniş vüsət alıb. 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azırbaycana qarşı saxta məlumatları, absurd iddiaları əks etdirən 10 qətnamə qəbul edib.
***
11:36
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edəcək.
Operativ Media xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda məlumat verib.
İclasda Qərarın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur.