Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilir
Şəfa Hüseynli
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilir.
Operativ Media xəbər verir ki, Forumda açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.
Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.