Astana AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirəcək
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı araşdırmasını davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.
Bildirilib ki, nazirlik prosedurlara riayət edəcək və tapıntıları, tövsiyələri ilə hesabat dərc edəcək.
"Azərbaycan Hava Yolları" tərəfindən idarə olunan "Embraer 190 4K-AZ65" təyyarəsi ilə bağlı qəza ilə bağlı istintaq komissiyası hazırda Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü Əlavəsində müəyyən edilmiş standartlara və tövsiyə olunan təcrübələrə uyğun olaraq işini davam etdirir. İstintaq başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq. Hesabatda qəzanın müəyyən edilmiş səbəbləri, eləcə də komissiyanın tapıntıları və tövsiyələri əks olunacaq".- nazirlik qeyd edib.