KİV: ABŞ viza qaydalarını sərtləşdirir
ABŞ vizası üçün müraciət edən şəxslər artıq öz ölkələrində təqiblərlə üzləşmədiklərini sübut etməli olacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ-nin bütün səfirlik və konsulluqlarına göndərilən diplomatik teleqramda əks olunan yeni qaydalar ölkənin immiqrasiya siyasətində ciddi dəyişikliklərdən xəbər verir.
Bildirilib ki, administrasiya xüsusilə tələbə vizası üçün müraciət edənlərin yoxlanılması prosesini sərtləşdirib.
Eyni zamanda, immiqrasiya müraciətləri ilə bağlı qərarların qəbulu müvəqqəti olaraq dayandırılıb. Bu addım müraciətlərin yeni təhlükəsizlik yoxlaması qaydalarına uyğunlaşdırılması məqsədi daşıyır.
Yeni tələblər turistlər, tələbələr və müvəqqəti işçilər də daxil olmaqla, bütün qeyri-immiqrant vizası müraciətçilərinə şamil olunur.
Memorandumda deyilir ki, konsulluq əməkdaşının viza verilməsi prosesini davam etdirməsi üçün müraciət edən şəxsin hər iki suala şifahi olaraq "xeyr" cavabı verməsi lazımdır.
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, konsulluq əməkdaşları ABŞ milli təhlükəsizliyinin birinci müdafiə xəttidir və hər bir ərizəçinin ABŞ qanunvericiliyinin tələblərinə cavab verib-vermədiyini müəyyən etmək üçün bütün mövcud vasitələrdən istifadə edirlər.
Xatırladaq ki, cari ilin yanvar ayında ABŞ 75 ölkə üzrə immiqrant vizalarının emalını dayandırmışdı.