Menyu

KİV: ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb

Operativ Media
KİV: ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb

ABŞ danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı endirilə biləcək qısa və güclü zərbələr dalğası planını hazırlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton İranın təklif etdiyi və ona uyğun olaraq ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üçmərhələli planı faktiki olaraq rədd edib.

"Tramp İranın Hörmüz boğazını açmaq, blokadanı ləğv etmək və nüvə proqramı üzrə danışıqları təxirə salmaq təklifini rədd edir", - məqalədə bildirilib.

Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr dalğası planını hazırlayıb.

Əlaqəli Xəbərlər