Menyu

Müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlanılıb

Operativ Media
Müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlanılıb

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Sənayesi  Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Fotogalereya

Əlaqəli Xəbərlər