Qazaxıstanlı baş məşqçi: “Qarabağ”da hər kəs öz işini peşəkar şəkildə görür"
Qazaxıstanın AKAS klubunun baş məşqçi Dovran Kendjaxunov "Qarabağ" FK ilə bağlı təcrübə proqramı çərçivəsində klubda gördüklərindən razı qaldığını bildirib.
O, bu barədə Operativ Media-ya açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, hazırda təcrübə müddəti davam edir və mart ayının sonunadək klubda təcrübə keçəcək:
“Qarabağ" klubunda böyük mütəxəssislər və peşəkarlar çalışırlar. Klub rəhbərliyi məşqçilər heyətinin rahat işləməsi üçün əlindən gələni edir, məşqçilər heyəti isə oyunçuların vəziyyətinin və nəticələrinin daim maksimum səviyyədə olması üçün çalışır".
Baş məşqçi klubda iş prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:
“Klubda hər şeyin nə qədər düzgün qurulduğu məni təəccübləndirdi. Burada hər kəs öz işini bilir və onu yüksək səmərə ilə yerinə yetirir. Komandanın uğurlu nəticələri klub rəhbərliyinin səmərəli idarəçiliyi və məşqçilər heyətinin təlim-məşq prosesinə peşəkar yanaşmasının nəticəsidir".