Bəhreyn MN: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
Operativ Media
Bəhreynin hava hücumundan müdafiə sistemləri eskalasiyanın başlanmasından bu günə qədər İrandan krallığa doğru yönəldilmiş 95 raketi və 164 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən ardıcıl hücum dalğalarına qarşı fəaliyyətini davam etdirir.
Bildirilib ki, bu müharibə başlayandan bəri Bəhreyn Krallığını hədəf alan 95 raket və 164 pilotsuz uçuş aparatı məhv edilib.
Bəhreyn Silahlı Qüvvələrinin Baş Komandanlığı isə vətəndaşlara müraciət edərək evdə qalmağı və yalnız zəruri hallarda çölə çıxmağı tövsiyə edib.