Menyu

Azərbaycanın 4 boksçusu beynəlxalq turnirdə 1/4 final görüşlərinə çıxacaq

Operativ Media
Azərbaycanın 4 boksçusu beynəlxalq turnirdə 1/4 final görüşlərinə çıxacaq

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən ənənəvi “Strandja” beynəlxalq turniri davam edir.

Operativ Media xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsi çərçivəsində rinqə çıxacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq gündüz sessiyasında boksçularımızın rəqibləri aşağıdakı kimidir:

50 kq: Bilalhəbaşi Nəzərov – Rudolf Qarboyan (Ermənistan) / B rinqi, 1-ci döyüş

55 kq: Zidan Hümbətov – Maksim Zimenko (Ukrayna) / A rinqi, 3-cü döyüş

60 kq: Məhəmmədəli Aşırəliyev – Ayder Abduraimov (Ukrayna) / A rinqi, 5-ci döyüş

65 kq: Malik Həsənov – Yertuqan Zeynulinov (Qazaxıstan) / B rinqi, 8-ci döyüş

Qeyd edək ki, qalib gələn idmançılarımız yarımfinala yüksələrək ən azı bürünc medalı təmin etmiş olacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər