Menyu

Azərbaycanın daha bir boksçusu "Strandja" beynəlxalq turnirində mərhələ adladı

Operativ Media
Azərbaycanın daha bir boksçusu "Strandja" beynəlxalq turnirində mərhələ adladı

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada "Strandja" beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.

Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.

Əlaqəli Xəbərlər