Azərbaycan millisi İrlandiya ilə qarşılaşacaq
Operativ Media
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Operativ Media-nın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.
Qarşılaşma "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net