Menyu

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarılır

Operativ Media
“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində baş tutacaq "Qarabağ" - “Sabah” qarşılaşmasının biletləri bu gün saat 18:00-dan etibarən satışa təqdim olunacaq.

Operativ Media xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10 və 20 manat təşkil edir. Azarkeşlər biletləri bu gündən etibarən iTicket.az saytından onlayn qaydada, oyun günü isə həm onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, stadionun qapıları azarkeşlərin girişi üçün matçın başlanmasına 120 dəqiqə qalmış açılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər