Blatter İnfantinonu sərt tənqid etdi: "FİFA Şurası artıq heç bir qərar vermir"
FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun fəaliyyətini kəskin tənqid edib.
Operativ Media xəbər verir ki, Blatterin sözlərinə görə, İnfantino mütləq hakimiyyəti öz əlində cəmləşdirərək kollektiv idarəetmə orqanlarını qərar qəbuletmə prosesindən faktiki olaraq kənarlaşdırıb.
"Bu gün FİFA nədir? O, yalnız prezident İnfantinodan ibarətdir. FİFA artıq bir diktaturadır! Təxminən 40 üzvü olan FİFA Şurası heç bir qərar qəbul etmir", – deyə Blatter bəyan edib.
Təşkilatın keçmiş rəhbəri İnfantinonun liderlik tərzini Fransa monarxiyası dövrü ilə müqayisə edərək maraqlı bənzətmə gətirib:
"O, qurumu 'Günəş kralı' (Fransa kralı XIV Lüdovikin ləqəbi) kimi idarə edir. FİFA əməkdaşlarından eşitmişəm ki, o, qərargahda görünəndə heç kəslə qarşılaşmaq və ya salamlaşmaq istəmir", – deyə Blatter əlavə edib.