"Sumqayıt"ın futbolçusu əməliyyat olundu
Operativ Media
Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən futbolçumuz Roi Kehat vətəni İsraildə əməliyyat olunub.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi professor Eran Tamir tərəfindən əməliyyat edilib.
Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər "kimyaçılar"a kömək edə bilməyəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net