Menyu

Türkiyəli futbolçu “Barselona”ya keçə bilər – Flik müdafiəçini bəyənir

Operativ Media
Türkiyəli futbolçu “Barselona”ya keçə bilər – Flik müdafiəçini bəyənir

"Hoffenhaym"ın müdafiəçisi Ozan Kabak İspaniya La Liqasında çıxış edə bilər.

Operativ Media İspaniyanın "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" türk futbolçunu heyətinə qatmaq üçün addım atmağı planlaşdırır.

Komandanın baş məşqçisi Hans Flik Kabakın oyun tərzindən məmnundur. 25 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu səbəbdən "Barselona" yay transfer pəncərəsində azad agent kimi komandaya qoşula biləcək oyunçu ilə danışığa başlamağı nəzərdə tutur.

Bundan əlavə, türkiyəli müdafiəçiyə "Milan", "Roma", "Everton" və "Vest Hem" kimi digər Avropa klubları da maraq göstərir.

Qeyd edək ki, Kabak 2022-ci ilin yayında "Şalke"dən 7 milyon avroya "Hoffenhaym"a keçib. Bu mövsüm Bundesliqa təmsilçisi üçün 15 oyunda meydana çıxan müdafiəçi 4 qol da vurub.

Əlaqəli Xəbərlər