Menyu

UEFA “Nyukasl” – “Qarabağ” matçını şərh etdi: İki oyunda 12 qol

Operativ Media
UEFA “Nyukasl” – “Qarabağ” matçını şərh etdi: İki oyunda 12 qol

UEFA İngiltərənin “Nyukasl” və Azərbaycanın “Qarabağ” komandaları arasında Çempionlar Liqasının pley-off mərhələsində keçirilən cavab oyununu (3:2, ilk oyun – 6:1) şərh edib.

Operativ Media xəbər  verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.

“İlk oyundan sonra 6:1 hesabı ilə üstün olan “Sağsağanlar” cavab görüşünün ilk altı dəqiqəsində Sandro Tonali və Joelintonun qolları ilə üstünlüyünü daha da artırdı. İkinci hissədə isə erkən qollar qeydə alındı: Kamilo Duran və Sven Botman 100 saniyəlik fasilə ilə fərqləndilər. Daha sonra Elvin Cəfərquliyev fərqləndi. Aaron Ramsdeyl isə Marko Yankoviçin penaltisini dəf etdi. Hər iki komanda hücumlarını davam etdirsə də, qarşılaşmada ümumi qol sayı 12 olaraq qaldı”, - deyə paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər