Menyu

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə mərhələ adladı

Operativ Media
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə mərhələ adladı

Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Stranca" beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bilalhəbaşi Nəzərov (50 kq) 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də keçiriləcək.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər