Menyu

Masallıda quldurluq edən şəxs saxlanılıb

Operativ Media
Masallıda quldurluq edən şəxs saxlanılıb

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media-ya  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər