Menyu

Astara və Lənkəranda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Operativ Media
Astara və Lənkəranda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Lənkəran rayonu, Qurunba kəndində Almasov Qüdrət Cabir oğluna məxsus “Bizim” marketdə və Astara şəhəri, H.Əliyev prospektində Məstiyev Seymur Sahib oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, marketlərdə “Piterskaya”, “Naturel”, “Беленькая”, “Bakineç”, “The Botany”, “Wheat Water” və “Губернаторская” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər