Menyu

Netanyahunun Qəzza ilə bağlı planı bəlli olub

Əsəd Abbaslı
Netanyahunun Qəzza ilə bağlı planı bəlli olub

İsrail Qəzza sektorunu tamamilə ələ keçirməyi planlaşdırır.

Operativ Media xarici mediaya istinadən xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin dəstəyi ilə baş nazir Benyamin Netanyahu tərəfindən qəbul edilib.

Siyasətçiyə yaxın olan yüksək rütbəli məmur bildirib ki, indi “zər atılıb” və İsrail “Qəzza zolağının tam işğalına doğru irəliləyir”.

Onun sözlərinə görə, əməliyyatlar hətta girovların saxlandığı ərazilərdə də aparılacaq.

Hazırda İsrail ordusu ərazinin təxminən 75%-nə nəzarət edir.

Yeni plana görə, ordu nəzarəti təhvil verməlidir. Eyni zamanda, hərbçilər belə bir qərarın əleyhinədirlər, çünki onların hesablamalarına görə, HƏMAS-ın bütün infrastrukturunu təmizləmək, həmçinin girovların həyatını təhlükəyə atmaq üçün illər lazım ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər