Husilər Ben Qurion hava limanını raketlə vurub
Əsəd Abbaslı
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib.
Operativ Media xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.
"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.", - o deyib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net