ABŞ Bağdad səfirliyindəki bəzi diplomatları geri çağıracaq
Əsəd Abbaslı
ABŞ Dövlət Departamenti Bağdaddakı ABŞ səfirliyində çalışan "qeyri-vacib əməkdaşlar"ını geri çəkməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Rəsmilər bəyan ediblər ki, ABŞ Dövlət Departamenti “regionda iğtişaşlar ehtimalı” səbəbindən Bağdaddakı səfirlikdən qeyri-vacib əməkdaşlarını geri çəkməyə hazırlaşır.
Rəsmilər həmçinin Dövlət Departamentinin Bəhreyn və Küveytdəki qeyri-vacib personalın və onların ailə üzvlərinin ölkəni tərk etməsinə icazə verəcəyini və ABŞ Müdafiə Nazirliyinin Bağdaddan “mümkün təxliyə” üçün dəstək verməyə hazır olduğunu bildiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net