Menyu

Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşədəki yanğınlara cəlb edilib - VİDEO

Nərmin Qocamanlı
Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşədəki yanğınlara cəlb edilib - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər