Vəfadar Misirov: İxtisas seçiminə avqustun 10-dan sonra başlanılması gözlənilir
İxtisas seçiminin adətən avqustun 10-dan sonra başlaması nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov məlumat verib.
O bildirib ki, ixtisas seçiminin adətən avqustun 10-dan sonra başlaması nəzərdə tutulur. Düşünürəm ki, bu il də eyni qaydada olacaq. Bildiyiniz kimi, dünən I–IV ixtisas qrupları üzrə ikinci cəhd blok imtahanlarının nəticələri elan olunub. Növbəti üç gün ərzində həmin imtahanların nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbulu aparılacaq, daha sonra isə müraciətlərə baxılacaq.
“Hazırda qabiliyyət imtahanları da paralel şəkildə davam edir. Əksər istiqamətlər üzrə qabiliyyət imtahanlarının yaxın 2–3 gün ərzində başa çatdırılması planlaşdırılır. Yalnız idman istiqaməti üzrə qabiliyyət imtahanları avqustun 7-də yekunlaşacaq” - deyə o, qeyd edib.