Britaniya Ukraynaya REB texnologiyaları verəcək
Operativ Media
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə ilk görüşündə hava və dəniz müdafiəsi, eləcə də birgə silah istehsalını müzakirə etdiklərini bildirib.
Operativ Media xəbər verir ki, V.Zelenski bu barədə sosial şəbəkə hesabında yazıb.
Zelenski Böyük Britaniyanın Ukrayna dronlarının qorunması üçün radioelektron mübarizə (REB) texnologiyaları təqdim etmək qərarına görə Londona təşəkkür edib.
Onun sözlərinə görə, bu texnologiyalar döyüş meydanında faydalı olacaq və tərəflər dronlar sahəsində əməkdaşlığı daha da genişləndirə bilərlər. Endi Börnem isə Böyük Britaniyanın Ukraynaya dəstəyinin dəyişməz qalacağını vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net