Menyu

Tramp: İranla danışıqlar nəticəsiz qalsa hərbi əməliyyatlar bərpa olunacaq

Operativ Media
Tramp: İranla danışıqlar nəticəsiz qalsa hərbi əməliyyatlar bərpa olunacaq

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların intensiv şəkildə davam etdiyini, lakin nəticə əldə olunmasa, Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlayacağını bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.

ABŞ prezidenti bildirib ki, İranla çox ciddi danışıqlar aparılır və diplomatik səylər uğursuz olacağı təqdirdə ABŞ hərbi variantı yenidən gündəmə gətirəcək.

Trampın sözlərinə görə, Vaşinqton Tehrana diplomatik həll üçün əlavə imkan yaratmaq məqsədilə İrana qarşı hərbi zərbələri müvəqqəti dayandırıb.

O, eyni zamanda vurğulayıb ki, ABŞ administrasiyası danışıqlar prosesinin uzanmasında maraqlı deyil və bu məsələdə uzun müddət gözləmək niyyətində deyil.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər