Menyu

Paşinyan və Putin ticarətdə yaranan problemləri müzakirə ediblər

Operativ Media
Paşinyan və Putin ticarətdə yaranan problemləri müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində yaranan problemlər müzakirə olunub.

Paşinyan erməni mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq edilən məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olmadığını bildirib.

Ermənistanın baş naziri yaranmış problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər