Güclü külək nəticəsində xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
Əlverişsiz hava şəraiti ilə əlaqədar 27 iyul tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub", - məlumatda deyililir.
17:47
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Digər psiyentə sol pəncənin 3 cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili işlənib və aseptic sargı qoyulub.
Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.