Özbəkistanla ticarət dövriyyəsinin həcmində ciddi artım var
Şəfa Hüseynli
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin ümumi həcmi 269 milyon ABŞ dollarına yaxın olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Ötən ilin müvafiq aylarında bu ölkə ilə ticarətin ümumi həcmi 118,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Operativ Media-yaDövlət Gömrük Komitəsindən məlumat verilib.
Azərbaycandan Özbəkistana ixrac: 35,3 milyon dollar (+90,15)
Özbəkistandan Azərbaycana idxal: 233,5 milyon dollar (+2,3 dəfə)
Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 0,93 faiz təşkil edib.
Teqlər:
"\u00d6zb\u0259kistanla ticar\u0259t d\u00f6vriyy\u0259sinin h\u0259cmind\u0259 ciddi art\u0131m var"