Menyu

“Sabah” – “KuPS” oyunu öncəsi mətbuat konfranslarının vaxtı açıqlandı

Operativ Media
“Sabah” – “KuPS” oyunu öncəsi mətbuat konfranslarının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “KuPS” oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın oyun öncəsi mətbuat konfransı iyulun 20-də, saat 17:30-da Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Komandamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də “Sabah” Futbol Mərkəzində keçiriləcək. 

“KuPS”un oyun öncəsi mətbuat konfransı iyulun 20-də saat 17:00-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq. 

“Sabah” – “KuPS” oyunu iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər