Gips məmulatlarının istehsalı artıb
Şəfa Hüseynli
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 83,5 min ton gips məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, tikinti gipsinin istehsalı 61,4 faiz artaraq 80,7 min tona çatıb.
Dövr ərzində ölkədə 328,5 min ton gips və anhidrit hasil olunub. Bu göstərici 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,9 faiz çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net