Menyu

ABB kartlarına terminallardan komissiyasız mədaxil limiti azaldılıb - MƏBLƏĞ

Redaksiya
ABB kartlarına terminallardan komissiyasız mədaxil limiti azaldılıb - MƏBLƏĞ

Ödəniş terminalları (MilliÖn, eManat, MPAY, M10) vasitəsilə ABB kartlarına həyata keçirilən mədaxil əməliyyatlarına komissiya tətbiq olunur.

Əvvəl bu limit 3000 AZN-dək komissiyasız, daha sonra 0,5 faiz komissiya ilə tətbiq olunub.

Operativ Media xəbər verir ki, hazırda limit 1000 AZN-ə endirilib. 

Belə ki, TamKart Visa Classic, TamKart MC Standard, Tam DigiCard, TamKart Eko, TamKart Gənc, TamKart Gold, Azercell Co-brand, Depozit kartlarına, bütün növ Əmək haqqı kartlarına MilliÖn, eManat, MPAY, M10 ilə - aylıq 1 000 AZN-dək komissiyasız mədaxil etmək olar. Məbləğ çox olduqda, 0,5% komissiya tətbiq olunur.

İstifadəçilər bildirirlər ki, bank bu barədə heç bir xəbərdarlıq bildirişi göndərməyib. 

Bankdan isə bildirilir ki, vətəndaşlar "ABB Mobile" tətbiqi vasitəsilə kartlarda baş verən dəyişiklikləri özləri izləməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər