Menyu

Boliviyada prezident seçkiləri ikinci tura qalıb

Əziz Əzizli
Boliviyada prezident seçkiləri ikinci tura qalıb

Boliviyada prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.

Operativ Media xəbər verir ki, bu, Ali Seçki Məhkəməsinin (ASM) elan etdiyi səsvermə nəticələri ilə təsbit olunub.

Senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti (2001–2002-ci illər) Xorxe Kiroqa ölkənin prezident seçkilərinin ikinci turunda yarışacaqlar.

“Xristian-Demokrat Partiyası 32,08 %, Azadlıq və Demokratiya Partiyası 26,94 %, Birlik Partiyası isə 19,93% səs toplayıb”, – deyə ASM nümayəndəsi ilkin bülletenlərin 90%-dən çoxunun işlənməsindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Birlik Partiyasından namizədliyini irəli sürən iş adamı Samuel Doriya Medina isə öz məğlubiyyətini qəbul edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər