Menyu

“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb

Operativ Media
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb

“Azərsun Holdinq” korporativ sosial məsuliyyət layihələri çərçivəsində fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici fəaliyyətini davam etdirir.

Operativ Media xəbər verir ki, bu məqsədlə peşəkar mütəxəssislərin tövsiyələri sosial media platformaları vasitəsilə geniş auditoriyaya çatdırılır.

“Azərsun Holdinq”in Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlığı çərçivəsində fermerlərin real ehtiyacları nəzərə alınaraq müxtəlif mövzuları əhatə edən maarifləndirici video materiallar hazırlanıb. Bu videolarda Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən kənd təsərrüfatının aktual istiqamətləri üzrə praktik məsləhətlər, müasir becərmə üsulları və məhsuldarlığın artırılmasına yönəlmiş tövsiyələr təqdim olunur. Məqsəd fermerlərin bilik və bacarıqlarının inkişafına dəstək vermək, onların gündəlik fəaliyyətində faydalı ola biləcək praktik məlumatları daha əlçatan formada çatdırmaqdır

Layihə çərçivəsində “Nar ağacının düzgün budama qaydaları”, “Alaq bitkiləri və onlarla mübarizə”, “Keyfiyyətli toxum necə seçilməlidir?”, “Əsas taxıl bitkilərinin becərilməsi” və digər mövzuları əhatə edən video məzmunlar hazırlanaraq “Azərsun Aqro TV” platformalarında yayımlanıb.

Qeyd edək ki, rəqəmsal kanallar vasitəsilə həyata keçirilən layihə çərçivəsində indiyədək 100-dən çox maarifləndirici video izləyicilərə təqdim olunub. Hazırlanan videoların ümumi izlənmə sayı 5 milyona yaxınlaşıb və minlərlə fermer bu məzmunlardan faydalanaraq təsərrüfatlarının daha səmərəli idarə olunması və inkişaf etdirilməsi istiqamətində yeni biliklər əldə edib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər