Menyu

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Əziz Əzizli
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu və Eceabat, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınlarına müdaxilə davam edir.

Operativ Media xəbər verir ki, yanğın tatixi Gelibolu yarımadasının Tayfur və Cumalı kəndləri arasında dünən axşam saatlarında başlayaraq bölgədə əsən küləyin təsiri ilə Eceabat rayonundakı meşə sahələrinə yayılıb.

Çanaqqala valisi Ömər Toraman “Next Sosial” hesabında verdiyi açıqlamada ehtiyat tədbiri olaraq bölgədən 251 vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Yanğınlar səbəbilə Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb. Gelibolunun beş kəndi təxliyə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər