Menyu

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizədək artıb

Şəfa Hüseynli
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizədək artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin birinci yarısında 9,4% artaraq dövrün sonuna 77,7 milyard dollar təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilir.

O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayının sonuna 11,2 milyard dollara bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələmişdir. Belə ki, 2025-ci ilin iyun ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 36 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2025-ci ilin I rübü üzrə mal və xidmət idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər