Menyu

Ağdaşda qaz olmayacaq

Əsəd Abbaslı
Ağdaşda qaz olmayacaq

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Operativ Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər