İran Prezidenti Ermənistana səfər edəcək
Əsəd Abbaslı
Avqustun 19-da Ermənistanın paytaxtı İrəvanda İran Prezidenti Məsud Pəzeşkiyanın səfəri çərçivəsində biznes-forum təşkil olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
Forumda İran tərəfindən sənaye, yol tikintisi, kənd təsərrüfatı, təchizat, farmasevtika, mühəndislik xidmətləri və yüngül sənaye sahələrinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Məlumata görə, İran prezidentinin Ermənistana səfəri 18–21 avqust tarixlərinə planlaşdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net