Menyu

Azərbaycan və ABŞ ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Şəfa Hüseynli
Azərbaycan və ABŞ ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ-nin İxrac və İdxal Bankının (EXIM Bank) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri vurğuladıq. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün açılan yeni perspektivləri qeyd etdik.

Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi apardıq”- deyə nazir qeyd edib. 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər